Bank Of Baku

Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi yaradılıb

Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi yaradılıb
# 15 mart 2012 13:07 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təşkilatın yaradılmasında məqsəd Türkiyədə çalışan azərbaycanlı iş adamlarını bir qurumda birləşdirməklə biznesə dair məsələlərin daha effektiv həllində, birlik üzvlərinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində, yeni biznes əlaqələrinin qurulmasında, informasiya mübadiləsində onlara dəstək göstərilməsidir.

Qeyd edək ki, 2011-ci ilin aprel ayında Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilib. Birliyin təşəbbüs qrupuna Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi, «Azərbaycan Hava Yolları» QSC, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), «Palmali Group», «Hazar Turizm», «Farco Group» və s. kimi 16 təşkilat və şirkət daxildir. Təsis yığıncağında ARDNŞ-ın Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri seçilib.

Xatırladaq ki, Azərbaycan iş adamlarının analoji birliyi 2009-cu ildən Gürcüstanda da fəaliyyət göstərir. Bundan başqa, Gürcüstanda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəliyi fəaliyyətini uğurla davam etdirir. Hər iki qurum Gürcüstanda biznesin uğurla inkişaf etməsində əhəmiyyətli rola malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR