Bank Of Baku

Bakıda Azərbaycan-Çin işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Çin işgüzar görüşü keçirilib
# 16 mart 2012 15:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Çinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Çin işgüzar görüşü keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə tikinti və infrastruktur sahələrində fəaliyyət göstərən 50-ə yaxın Azərbaycan və Çin iş adamı iştirak edib.

Görüşdə “Azpromo”nun vitse-prezidenti Gülşən Rzayeva Azərbaycanın biznes və investisiya mühiti ilə bağlı təqdimatla çıxış edərək, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti, həmçinin iş adamları arasında əməkdaşlığın perspektiv sahələri barədə məlumat verib.

Öz növbəsində Çin Xalq Respublikasının Beynəlxalq Kontraktorlar Assosiasiyasının sədr müavini Çi Çangai başçılıq etdiyi nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyəti barədə məlumat verib.

Tədbir iş adamları arasında keçirilmiş ikitərəfli görüşlərlə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR