Bank Of Baku

® «Gündəm Xəbər» qəzeti iş adamı Anar Məmmədovdan üzr istəyib

<font color=red>® </font>«Gündəm Xəbər» qəzeti iş adamı Anar Məmmədovdan üzr istəyib
# 17 mart 2012 11:07 (UTC +04:00)
APA-nın məlumatına görə, qəzetin 2012-ci il 18 fevral tarixində dərc olunmuş buraxılışında iş adamı Anar Məmmədovun işgüzar nüfuzunu aşağı salmağa yönəldilmiş həqiqətə uyğun olmayan məlumat dərc edilib.

«Lakin tezliklə informasiyanın dəqiqləşdirilmədən verildiyi və təsdiqlənmədiyi sübuta yetirilib. Beləliklə, qəzet öz növbəsində göstərilən məlumatların həqiqətə uyğun olmadığını bildirib və bu cür məlumatları dərc etdiyinə görə rəsmi şəkildə üzr istəyib», - deyə APA-ya daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, «Gündəm xəbər» qəzetinin 2012-ci il 18 fevral tarixli sayında iş Adamı Anar Məmmədov haqqında həqiqətə uyğun olmayan informasiya dərc olunub. A.Məmmədovun tərəfi isə öz növbəsində informasiyanın həqiqətə uyğun olmadığını sübuta yetirib və «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü və 45-ci maddələrini rəhbər tutaraq qəzetin növbəti sayında təkzibin çap olunmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR