Bank Of Baku

Balakəndə fındıq emalı sahəsinə həsr olunmuş tədbir keçirilib

Balakəndə fındıq emalı sahəsinə həsr olunmuş tədbir keçirilib
# 17 mart 2012 12:43 (UTC +04:00)
Bakı – APA. Bu gün Balakən şəhərində İqtisadi İnkişaf Nazirliyi və Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının artırılması” mövzusunda tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumları, Şəki-Zaqatala regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və fındıq istehsalı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb. Regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları xüsusi rola malikdir. Əlverişli təbii şərait, münbit sahibkarlıq mühiti Balakən və ətraf rayonlarda fındıqçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir fındıq emalı müəssisələrinin yaradılması üçün geniş imkanlar yaradır.

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov fındıq istehsalının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının təşəbbüslərinin dəstəklənməsi tədbirlərinin davam etdirildiyi vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov isə çıxış edərək istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən istehsal olunan fındığın xarici bazarlara çıxarılmasında “GSP+” proqramının və bu sahədə sahibkarların maarifləndirilməsinin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR