Bank Of Baku

Azərbaycanda iaşə dövriyyəsi 18% artıb

Azərbaycanda iaşə dövriyyəsi 18% artıb
# 17 mart 2012 16:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,7% artaraq 80,7 mln. manata çatıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektor iaşə dövriyyəsində 97,4%-lik paya malikdir.

Bu dövr ərzində özəl sektorda iaşə dövriyyəsinin 49,9%-i hüquqi şəxs statuslu müəssisələrin, 50,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların iaşə fəaliyyəti sayəsində formalaşıb.

Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2011-ci ilin müvafiq dövrünə nisbətən 13% artaraq 41,3 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR