Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb
# 17 mart 2012 16:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 617,2 mln. manatlıq və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 143,3 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 14,9 manat çox müxtəlif əmtəə realizə edilib.

«Pərakəndə ticarət dövriyyəsinin tərkibində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,4% olub, bu müəssisələrdə əhali 2 602,5 mln. manatlıq və ya 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,1% çox istehlak malları alıb», - deyə Komitədən bildirilib.

Qurumdan həmçinin bildirilib ki, 2012-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 2,4 % artaraq 1 567,3 mln. manata, qeyri-ərzaq mallarının həcmi 21,9% artaraq 1 049,9 mln. manata bərabər olub: «Ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 59,9% və 40,1% təşkil edib».

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda pərakəndə ticarət müəssisələrindən 85,8 manatlıq ərzaq, 57,5 manatlıq qeyri-ərzaq malları alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR