Bank Of Baku

«Coca-Cola» qiymətləri artırıb

«Coca-Cola» qiymətləri artırıb
# 19 mart 2012 08:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-Economics. Azərbaycanda «Coca-Cola» içkilərinin satış qiymətləri artırılıb. «APA-Economics»in məlumatına görə, ölkədə alkoqolsuz içkilərin ən böyük istehsalçılarından biri olan «Azerbaijan Coca-Cola Bottler Ltd.» şirkəti istehsal etdiyi məhsulların qiymətini qaldırdığını rəsmən bəyan edib. Şirkətin qiymətlərin dəyişməsi barədə rəsmi açıqlamasına görə, bahalaşma şirkətin buraxdığı «Coca-Cola», «Fanta» və «Sprite» içkilərinə aid olacaq.

Məlumatda bildirilir ki, qiymətlərin artırılması son illər ərzində məhsulların maya dəyərinin yüksəlməsi ilə əlaqədardır: «Son 4 il ərzində istehsalda maya dəyərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə əlaqədar olaraq «Coca-Cola», «Fanta», «Sprite» PET 1L, PET 2L məhsullarımızın qiymətini artırmağa məcburuq», - deyə məlumatda bildirilir.

Bahalaşma adı çəkilən içkilərin 1 və 2 litrlik qablaşdırmasına aid olacaq. Nəticədə, aprelin 16-dan etibarən 1 litrlik içkilərin qiyməti 50 qəpikdən 60 qəpiyə, 2 litrliklərin qiyməti isə 80 qəpikdən 90 qəpiyə qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR