Bank Of Baku

Tiflisdə Azərbaycan və Gürcüstan developerlərinin forumu keçiriləcək

Tiflisdə Azərbaycan və Gürcüstan developerlərinin forumu keçiriləcək
# 19 mart 2012 12:07 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Aprelin 30-da Tiflisdə Azərbaycan və Gürcüstan developerlərinin forumu keçiriləcək.

APA-Economics”in Gürcüstan KİV-nə istinadən xəbərinə görə, “Business Time Georgia” jurnalının təşkil etdiyi forumda iştirak etmək məqsədilə Azərbaycandan Gürcüstana biznes sektorunun yüzə yaxın nümayəndəsi səfər edəcək.

Jurnalın baş redaktoru Levan Çitanava bildirib ki, bu il “Business Time Georgia” ilə Azərbaycanın “Business Time” jurnalı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Forum da məhz bu sənədin əsasında keçiriləcək.

Tədbir Gürcüstan Milli İnvestisiya Agentliyinin, “Georgian Business and Political Insight” MMC-nin və Gürcüstan Ticarət-Sənaye Palatasının dəstəyi ilə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR