Bank Of Baku

Tovuzda «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib

Tovuzda «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib
# 19 mart 2012 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz rayonunda «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Tovuz Rayon İcra Hakimiyyətinin, Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin nümayəndələri, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib.

Treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR