Bank Of Baku

Gürcüstanda Azərbaycan biznesinin ictimai təşkilatının iştirakçı şirkətlərinin sayı 40-a çatıb

Gürcüstanda Azərbaycan biznesinin ictimai təşkilatının iştirakçı şirkətlərinin sayı 40-a çatıb
# 24 mart 2012 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanda Azərbaycan biznesinin ictimai təşkilatının (AZEBİ) iştirakçı şirkətlərinin sayı 40-a çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, 2011-ci ildə Gürcüstanla qarşılıqlı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 35,4% artaraq 624,8 millyon ABŞ dolları (idxal – 89,5 mln. dollar, ixrac – 535,3 mln. dollar) təşkil edib: «Hesabat ilin yeni birgə müəssisələr açılıb, qarşılıqlı investisiyaların həcmi artıb. Belə ki, Azərbaycanda gürcü kapitalının iştirakı ilə 106, Gürcüstanda isə Azərbaycan kapitalının iştirakı ilə 272 müəssisə qeydiyyatdan keçib. Ötən il Azərbaycanın iri müəssisələrindən olan «Pasha Bank», «Standard Insurance», «Azerinshaatservice», «Akkord Inshaat» gürcü bazarına daxil olaraq onun fəal iştirakçılarından olub. AZEBİ-nin iştirakçı-şirkətlərinin sayı isə 40-a çatıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR