Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Göygöl sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Göygöl sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 27 mart 2012 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Ağsu rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının və üzümçülük təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər», - deyə nazirlikdən bildirilib.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR