Bank Of Baku

Azərbaycan Reklamçılar İttifaqının prezidenti: “Avtomobil, bank və əmtəə sahələrində reklam bazarı daha yaxşı inkişaf edib”

Azərbaycan Reklamçılar İttifaqının prezidenti: “Avtomobil, bank və əmtəə sahələrində reklam bazarı daha yaxşı inkişaf edib”
# 29 mart 2012 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycanda 20-25 reklam şirkəti fəaliyyət göstərir. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib.

Onun sözlərinə görə, ölkədə reklam sahəsi ilə əlaqədar müvafiq qanunvericilik bazası yaradılıb və hazırda bu sahənin inkişafı üçün heç bir maneə yoxdur.

H.Atakişiyev qeyd edib ki, Azərbaycanda avtomobil, bank və əmtəə sahələrində reklam bazarı daha yaxşı inkişaf edib: “Tikinti sahəsində isə son illər müşahidə olunan aktiv reklamçılıq bir qədər azalıb”.

Reklamçılar İttifaqının prezidenti ölkədə reklam sahəsindəki nöqsanları da sadalayıb: “Reklam şirkətlərinin əksəriyyəti gömrükdən və vergidən yayınmaq üçün gizli işləyirlər. Amma belə olmamalıdır. Çünki reklam ticarətin mühərrikidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR