Bank Of Baku

Honkonqda milyarder qardaşlar həbs olunub

Honkonqda milyarder qardaşlar həbs olunub
# 30 mart 2012 13:40 (UTC +04:00)
Bakı - APA-Economics. Honkonqda Korrupsiya ilə Mübarizə üzrə Müstəqil Komissiyasının əməkdaşları “Sun Hung Kai Properties” (SHKP) developer şirkətinin sahibi və rəhbəri olan Tomas və Reymond Kvok qardaşlarını həbs edib.

APA-Economics”in “Forbes” jurnalına istinadən xəbərinə görə, varidatı 18 mlrd. dollar həcmində qiymətləndirilən qardaşlar “Rüşvətxorluğun qarşısının alınması haqqında Dekret”ə zidd hərəkətlərdə şübhəli bilinirlər.

SHKP şirkəti bəyan edib ki, Kvokların ofislərində və digər mülklərində axtarış aparılıb, sənədlər götürülüb. Bu xəbərin yayılmasından dərhal sonra Honkonq Fond Birjasında SHKP-nin səhmləri kəskin ucuzlaşıb. Şirkətin Direktorlar Şurası qardaşların müvəqqəti olaraq rəhbərlikdən kənarlaşdırılmasına qərar verib.

Eyni zamanda SHKP-nin müşaviri, Honkonq hökumətinin yüksək rütbəli sabiq əməkdaşı Rafael Xuey də həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. SHKP-nin məsul postlarında 40 ildən çox çalışmış Tomas Çan isə məmurlara rüşvət verməkdə ittiham olunaraq saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR