Bank Of Baku

Bakıda Ukrayna və Azərbaycanın biznes dairələrinin nümayəndələri arasında dəyirmi masa keçiriləcək

Bakıda Ukrayna və Azərbaycanın biznes dairələrinin nümayəndələri arasında dəyirmi masa keçiriləcək
# 02 aprel 2012 16:07 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Aprelin 4-də Ukraynanın baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Ukrayna və Azərbaycanın biznes dairələrinin nümayəndələri arasında dəyirmi masa keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan və Ukraynanın müvafiq nazirlik və qurumlarının rəhbərləri, ukraynalı həmkarları ilə əməkdaşlığın inkişafında maraqlı olan Azərbaycan iş adamları iştirak edəcək.

Dəyirmi masa çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Ukrayna İnvestisiyaların və Milli Layihələrin İdarəedilməsi üzrə Dövlət Agentliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq.

Qeyd edək ki, Ukraynanın baş naziri Nikolay Azarovun aprelin 3-4-də Azərbaycanda rəsmi səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR