Bank Of Baku

® Bakı şəhəri 6 saylı məktəb-liseyin şagirdləri Qəbələ Konserv Zavodunda oldular - FOTO

<font color=red>® </font>Bakı şəhəri 6 saylı məktəb-liseyin şagirdləri Qəbələ Konserv Zavodunda oldular - <font color=red>FOTO </font>
# 03 aprel 2012 12:01 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Qəbələ Konserv Zavodundan məlumat verilib.

Qəbələyə dəvət edilmiş şagirdlər əvvəlcə “Jalə” limonadlarının istehsal prosesi ilə tanış olmaq üçün Limonad Zavoduna baş çəkiblər. Orada onlar hamı tərəfindən sevilən “Düşes” və “Jalə Cola”nın necə istehsal edildiyini öz gözləri ilə görə biliblər.

Sonra gəzinti soyuducu saxlama kameralarında davam edib. Ekskursiya iştirakçıları üçün nəhəng soyuducuların qapıları açıldıqca, heyva, nar, alma kimi meyvələrin gözəl qoxusu iştirakçılara çox təəccübləndirici təsir edirdi.

Lakin şagirdlərdə ən unudulmaz təəssüratı təbii şirələr istehsal edən zavodda gəzinti yaratdı. Şagirdlər “Jalə”, “Natura” və “Zolotoy Sad” şirələri məhsullarının 3 istiqamət üzrə istehsal prosesi ilə ətraflı şəkildə tanış oldular.

Zavodun texnologiya mütəxəssislərinin fəal iştirakı ilə 6 saylı məktəb-liseyin şagirdləri təbii şirələrin hazırlanmasının - meyvələrin sıxma və şirənin alınma prosesindən başlayaraq onların qablara tökülməsi, sonrakı qablaşdırması və mağazalara daşınması üçün hazırlanması kimi proseslərə qədər bütün proseslərlə yaxından tanış oldular.

Sonda ekskursiyanın bütün iştirakçılarına “Jalə” şirələrinin müxtəlif növləri hədiyyə olundu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR