Bank Of Baku

Bakıda Çeçenistanın investisiya imkanlarının təqdimatı keçirilib - FOTO

Bakıda Çeçenistanın investisiya imkanlarının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 04 aprel 2012 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün Rusiyanın Çeçenistan Respublikasının investisiya imkanlarının təqdimatı keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbir Çeçenistan baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Rusiya arasındakı sıx əlaqələrdən danışıb. Qeyd edib ki, bu tədbir iki ölkə arasında əməkdaşlığın inkişafına bir qədər də təkan verəcək. İki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişaf etdiyini deyən nazir müavini bildirib ki, Azərbaycan Rusiya ilə yanaşı, bu ölkənin subyektləri ilə də sıx əməkdaşlıq edir.

Çeçenistan baş nazirinin müavini, maliyyə naziri Əli İsayev isə Azərbaycanla ciddi əməkdaşlığa ümid etdiklərini bildirib. Son 5 ildə Çeçenistanın inkişafa doğru sıçrayış etdiyini vurğulayan nazir respublikanın investisiya potensialı barədə məlumat verib, əməkdaşlıq üçün prioritet sahələri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Çeçenistanın bir sıra nazirlik, komitə və iri müəssisələrinin rəhbərləri, Azərbaycandan isə rəsmi şəxslərlə yanaşı, 50-yə yaxın iş adamı iştirak edib.

Çeçenistanın iqtisadi inkişaf və ticarət naziri Əbdül Maqomadov respublikanın iqtisadi potensialı, sənaye və energetika naziri Qalas Taymasxanov sənaye potensialı, Fiziki Tərbiyə, İdman və Turizm Nazirliyinin nümayəndəsi Məmməd Başayev isə turizm potensialı haqqında təqdimatla çıxış edib. Tədbirdə həmçinin Çeçenistanda sənaye və energetika sahəsində həyata keçirilməsi nəzərdə tutulan 3 iri layihənin təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR