Bank Of Baku

İqtisadi inkişaf nazirinin müavini: “Azərbaycan Çeçenistana investisiya yatırmaqda maraqlıdır”

İqtisadi inkişaf nazirinin müavini: “Azərbaycan Çeçenistana investisiya yatırmaqda maraqlıdır”
# 04 aprel 2012 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Çeçenistana investisiya yatırmaqda maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Çeçenistan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırmaq niyyətindədir: “Bu zaman konkret sahələr üzrə məhdudiyyət qoyulmur, hər şey sahibkarların arzusundan asılı olacaq. Əsas məqsədimiz hər iki tərəfin sahibkarlarının bir araya gətirilməsidir”.

N.Səfərov qeyd edib ki, tərəflər tikinti, rabitə, kənd təsərrüfatı və s. sahələri prioritet sahələr hesab edir: “Ümid edirəm ki, Azərbaycan və Çeçenistan arasında əməkdaşlıq inkişaf edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR