Bank Of Baku

Çeçenistan baş nazirinin müavini: “İqtisadiyyatın bir neçə sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindəyik”

Çeçenistan baş nazirinin müavini: “İqtisadiyyatın bir neçə sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindəyik”
# 04 aprel 2012 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Çeçenistan iqtisadiyyatın bir neçə sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir. “APA-Economics”in xəbərinə görə, bu barədə Bakıda səfərdə olan Çeçenistan baş nazirinin müavini, maliyyə naziri Əli İsayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Çeçenistanda 2 mindən artıq azərbaycanlı yaşayır və işləyir: “Onlar əsasən tikinti sahəsində çalışırlar. Biz də tikinti sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyirik. Çünki Azərbaycan sürətlə inkişaf edir, böhran dövründə ölkədə belə inşaat işləri dayanmadı və indi də yeni-yeni obyektlərin istifadəyə verilməsinin şahidiyik”.

Çeçenistanın investisiya potensialının böyük olduğunu vurğulayan nazir Azərbaycan sahibkarlarını Çeçenistana investisiya yatırmağa dəvət edib: “Əsasən sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazırıq”.

Rusiyanın “Rosneft” şirkəti ilə Çeçenistanın 20 illik müqaviləsinin başa çatdığını xatırladan Ə.İsayev Azərbaycanı Çeçenistanın neft sahəsində də iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR