Azərbaycanda keyfiyyətsiz duzdan istifadə edən süd zavodlarının adları açıqlanacaq
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində yodsuz duzların istifadəsi azalıb və 3 il bundan əvvəlki 75%-dən 15%-ə düşüb, amma pozuntular hələ də qalır: «Bu gün də Qaradağ duz gölündən və onun yaxınlığında yerləşən Buta duz gölündən hər gün təqribən 10 ton duz toplanıb respublikanın müxtəlif yerlərinə daşınır və təmizlənmədən əsasən çörəkbişirmə, konservləşdirmə, süd məhsullarının istehsalı sənayesində istifadə olunur».
Yodsuz duzların insanlarda bir sıra xəstəliklərə səbəb olduğunu xatırladan AİB rəhbəri bildirib ki, təşkilat Buta gölündə apardığı monitorinqin nəticələri ilə bağlı çoxsaylı dövlət qurumlarına - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsinə, eləcə də Baş Prokurorluğa rəsmi müraciət etsə də, belə halların qarşısı alınmayıb. Hazırda ölkənin ticarət məntəqələrində satılan yodsuz duzların markalarını açıqlayan E.Hüseynov bu duzların satışının qadağan edilməsi barədə müraciətlərinin də cavabsız qaldığını bildirib: “Belə duzların bəziləri həddən artıq baha qiymətə – kiloqramı 30 manata satılır”.
Təşkilat sədri yodsuz duzların əsasən süd məhsulları istehsal edən zavodlarda istifadə olunduğunu bildirib: «Bunu onunla əsaslandırırlar ki, guya yodlu duz südü korlayır. Bu fikir həqiqətəuyğun deyil». E.Hüseynov AİB-in bununla bağlı araşdırma apardığını və yaxın vaxtlarda belə süd zavodlarının adlarını ictimaiyyətə açıqlayacaqlarını bildirib.
Naxçıvandan gətirilən duzlarda da problemlərin olduğunu bildirən E.Hüseynovun sözlərinə görə, bəzən bu duzların tərkibinə daş duzlar qatılaraq minerallar kimi qələmə verilir, amma bu da keyfiyyətsiz əlavələrdir: “Hələlik ölkədə yeganə keyfiyyətli duz istehsalçısı Masazırda fəaliyyətə başlamış «Azərduz» müəssisəsidir”.
Təşkilat rəhbəri qənd istehsalında da ciddi pozuntuların olduğunu, qəndin tərkibinə orqanizm üçün ciddi təhlükə törədən maddələrin qatıldığını bildirib: “Bizdə olan məlumatlara görə, qənd sexlərində qəndi ağartmaq üçün insan həyatına təhlükəli olan “Sodium Hydrogen sulphide” adlı maddədən geniş istifadə olunur”. Malların etiketində bu barədə məlumatların göstərilmədiyini bildirən E.Hüseynovun sözlərinə görə, hələlik AİB bu maddəni ekspertiza etmək üçün əldə edə bilməyib: “Çünki istehsalçılar onu çox gizli saxlayırlar. Bu maddə insanlarda görmənin zəifləməsinə, üst tənəffüs yolu xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur”.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb