Bank Of Baku

Şəkidə “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib

Şəkidə “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib
# 06 aprel 2012 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. Şəkidə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində gənclər üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, BBTM-in Şəki nümayəndəliyinin əməkdaşlarının, eləcə də Şəki şəhərində yerləşən Pedaqoji Kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin tədbir çərçivəsində İİN-in və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, saytın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər aprel ayı ərzində də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR