Bank Of Baku

Qazaxda «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda treninq keçirilib

Qazaxda «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda treninq keçirilib
# 09 aprel 2012 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə «Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzusunda təqdimat keçirilmiş, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbir zamanı həmçinin, www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR