Bank Of Baku

Bakıda tələbələr üçün «Öz biznes ideyanı yarat» və «Öz biznesinə başla» mövzularında treninqlər keçirilib

Bakıda tələbələr üçün «Öz biznes ideyanı yarat» və «Öz biznesinə başla» mövzularında treninqlər keçirilib
# 13 aprel 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 12-13-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün «Öz biznes ideyanı yarat» və «Öz biznesinə başla» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Ecnomics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin əməkdaşları və Universitetin tələbələri iştirak edib.

Treninqlərin keçirilməsində məqsəd gənclərin biznes ideyanın yaradılması və biznesin təşkili sahəsində məlumatlandırılması, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, eləcə də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir.

İki gün davam edən treninqlərdə iştirakçılara biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR