Bank Of Baku

“Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri” mövzusunda növbəti distant təlim keçirilib

“Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri” mövzusunda növbəti distant təlim keçirilib
# 16 aprel 2012 10:20 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə növbəti distant təlim aprelin 14-də “Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri” mövzusunda keçirilib.

APA-Economics”in xəbərinə görə, nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer iştirak edib.

Təlimdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR