Bank Of Baku

Əmmanda İordaniya-Azərbaycan biznes forumu keçiriləcək

Əmmanda İordaniya-Azərbaycan biznes forumu keçiriləcək
# 18 aprel 2012 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprel ayının 24-27-də Əmmanda (İordaniya) İordaniya-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq, iş əlaqələri qurmaq və öz investisiya layihələrini müzakirə etmək imkanı əldə edəcəklər.

Biznes forumda iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR