Bank Of Baku

Bu ilin I rübündə Azərbaycanda 160 kiçik müəssisə özəlləşdirilib

Bu ilin I rübündə Azərbaycanda 160 kiçik müəssisə özəlləşdirilib
# 18 aprel 2012 15:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin I rübündə Azərbaycanda kiçik özəlləşdirmə çərçivəsində 160 dövlət müəssisə və obyekti özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində 100-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi, eləcə də ölkənin müxtəlif regionlarında yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid səhmdar cəmiyyətlərinin səhmlərin satışı üzrə keçirilmiş 13 pul hərraclarında 10-a yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib.

Komitə tərəfindən icarə qanunvericiliyinə uyğun olaraq daşınmaz dövlət əmlakının, o cümlədən qeyri-yaşayış və torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi istiqamətində tədbirlər davam etdirilib. Bu tədbirlər çərçivəsində 2012-ci ilin I rübündə 120 qeyri-yaşayış sahəsi icarəyə verilib. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 110-a yaxın icarə müqaviləsi bağlanılıb.

Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə aparılan monitorinqlər zamanı müəssisə və obyektlərdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə məhkəmələrə iddia ərizələri verilib. İcarə haqlarının ödənilməsində şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə icarəçilər tərəfindən ödənişlər yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə həyata keçirilib. Ümumilikdə qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 1 mln. manata yaxın vəsait daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR