Bank Of Baku

Azərbaycanda I rübdə sahibkarlıqla məşğul olan 17,8 min hüquqi və fiziki şəxs yaradılıb

Azərbaycanda I rübdə sahibkarlıqla məşğul olan 17,8 min hüquqi və fiziki şəxs yaradılıb
# 20 aprel 2012 11:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeydiyyatdan keçən 1 169 hüquqi şəxsin 53-ü dövlət mülkiyyətinə, 985-i xüsusi mülkiyyətə, 104-ü tam xarici investisiyalı, 27-si isə birgə müəssisələrə aid olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yeni müəssisələrin 58,9%-i Bakıda, 13,7%-i Aran, 7,2%-i Abşeron və 6%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Eyni zamanda Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin yanvar-mart aylarında 16 659 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR