Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 9,3% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 9,3% artıb
# 21 aprel 2012 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4,1 mlrd. manat məbləğində istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrünə nisbətən ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış istehlak mallarının dəyəri 9,3% artıb.

«İstehlak mallarının 514,4 mln. manatı hüquqi şəxslərin, 1,9 mlrd. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 1,7 mlrd. manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR