Bank Of Baku

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 aprel 2012 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

APA-Economics”in xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, maşınqayırma, səhiyyə, sənaye, tikinti, maliyyə, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox şirkətin nümayəndəsi iştirak edib. Rusiya tərəfi isə rəsmi şəxslərlə yanaşı, analoji sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, hazırda ölkədə əlverişli biznes mühiti mövcuddur. Son illər ərzində Azərbaycanla Rusiyanın subyektləri arasında ticarət əlaqələrinin genişləndiyini bildirən nazir müavini Azərbaycan və Kurqan vilayəti arasında əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Öz növbəsində Kurqan vilayətinin qubernator müavini Vasili Jarov vilayətin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Kurqan vilayətinin investisiya potensialı barədə məlumat verib, əməkdaşlıq üçün prioritet sahələri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə “Azpromo”nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya imkanları ilə bağlı təqdimatla çıxış edərək, ölkədə yaradılmış əlverişli investisiya mühiti, həmçinin iş adamları arasında əməkdaşlığın perspektiv sahələri haqqında məlumat verib. Öz növbəsində Rusiya nümayəndələri təmsil etdikləri şirkətlərin fəaliyyəti və bu sahədə yeni texnologiyalara dair təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR