Bank Of Baku

“Azpromo” ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq sazişi imzalanıb

“Azpromo” ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq sazişi imzalanıb
# 27 aprel 2012 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq sazişi imzalanıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən “Azpromo”nun prezidenti Adil Məmmədov bildirib ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi və ticarət əlaqələrinin səviyyəsi potensialdan aşağı olsa da, inkişaf imkanları çox genişdir.

Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin MDB ölkələri şöbəsinin müdiri Yordan Tenev də bəyan edib ki, iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti potensialdan aşağıdır. Onun sözlərinə görə, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 mln. dolar təşkil edib ki, bu da qaneedici sayıla bilməz: “Bolqarıstan öz mallarını Azərbaycana ixrac etmək, müxtəlif tenderlərdə iştirak etmək və Azərbaycan turistlərini ölkəsinə cəlb etməkdə maraqlıdır. Ümumilikdə isə Bolqarıstan Azərbaycanla nəqliyyat, tikinti, qida, kənd təsərrüftaı və turist sahələrində əməkdaşlıqda maraqlıdır”.

Qeyd edək ki, hazırda Bolqarıstanın ondan çox iri şirkətlərinin iştirakı ilə Azərbaycan-Bolqarıstan biznes-forumu keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR