Bank Of Baku

Bu il Azərbaycanda 72 ASC-nin fəaliyyətində qanun pozuntuları aşkarlanıb

Bu il Azərbaycanda 72 ASC-nin fəaliyyətində qanun pozuntuları aşkarlanıb
# 01 may 2012 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında münasibətlərin tənzimlənməsi təmin edilib. «APA-Economics»in məlumatına görə, bu barədə QKDK-nın cari ilin yanvar-mart aylarının yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, 2012-ci ilin I rübü ərzində Komitəyə 144 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 46 şikayət ərizəsi və 8 müraciət daxil olub: «Araşdırma aparılmış səhmdar cəmiyyətlərinin 45-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunduğuna görə həmin səhmdar cəmiyyətlərinə qarşı 9 150 manat ümumi məbləğdə inzibati cərimələr tətbiq edilib, 27 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında 27 icrası məcburi göstərişlər verilib».

Eyni zamanda, səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinə və səhmdarlarına qiymətli kağızlar bazarı və səhmdar cəmiyyətləri haqqında milli qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR