Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçirilir - FOTOSESSİYA

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 02 may 2012 09:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən bu toplantıda ECO-nun üzv ölkələri arasında ticarət və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunur.

İclasda çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova ölkənin bir sıra makroiqtisadi göstəricilərini səsləndirib və bildirib ki, ötən il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin artması davam edib. Qeyd edək ki, ötən il investisiyaların həcmi 12,8 mlrd. manata bərabər olub və bu, 2010-cu ilin analoji göstəricisindən 27,3% çoxdur.

S.Həsənova həmçinin Azərbaycanın son illərdə iqtisadi artım üzrə aparıcı ölkələrdən biri olduğunu vurğulayıb. S.Həsənova öz çıxışında bəyan edib ki, ölkədə aparılan iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb. Azərbaycan və ECO arasında əlaqələr barədə məlumat verən S.Həsənova qurumun üzv ölkələrdə ticarət və investisiya mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb və əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirib.

ECO-nun baş katibinin Müavini Fatih Ünlü çıxışında ticarətin təşviqi təşkilatları rəhbərlərinin iclasının Azərbaycanda keçirilməsinin vacib olduğunu bildirib və tədbirin üzv ölkələr arasında əməkdaşlığın daha inkişaf etməsinə töhfə verəcəyinə əminliyi vurğulayıb.

Qeyd edək ki, toplantı iki gün davam edəcək.

ECO-nun üzv ölkələri sırasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Pakistan və İran daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR