Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda beynəlxalq biznes forum keçirilib - FOTO
AAC-dən APA-ya daxil olan məlumata görə, tədbirdə müxtəlif sessiyalar, əsasən enerji təhlükəsizliyi, maliyyə layihələri və bank investisiyaları, İKT sahəsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb. Müxtəlif sahələr üzrə sessiyalarda ümumilikdə 40 ekspert çıxış edib, suallara cavab verilib.
Forumda parlamentarilər, diplomatlar, alimlər, Azərbaycan, Türkiyə və Avropanın müxtəlif ölkələrini təmsil edən iş adamları, Türkiyənin Böyük Britaniyadakı səfiri Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman da iştirak ediblər.
Konfransdakı çıxışlarda Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrin inkişaf dinamikasından bəhs edilib. Bildirilib ki, Böyük Britaniya Azərbaycana ən çox birbaşa sərmayə yatıran ölkədir və bu sərmayələrin xüsusi çəkisi 52% təşkil edir.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub. Ötən ilin sonunda iki ölkə arasında enerji sahəsində protokol imzalanıb ki, bu da Xəzər dənizindən çıxarılacaq qazın Cənub Dəhlizi vasitəsilə Avropaya çatdırılmasına və gələcəkdə Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsinə imkan verəcək.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə çıxışında keçirilən biznes forumun ötən ilkindən fərqləndiyini bildirib: «Çünki bu forumda Azərbaycan və Türkiyəyə birgə investisiya imkanları dəyərləndirilir. Biz hesab edirik ki, regiondakı bir çox iqtisadi layihələr də Azərbaycanla Türkiyəni birləşdirir. Bu, yalnız iki ölkə arasındakı sıx mədəni əlaqələr, tarixi və qardaşlıq münasibətləri ilə bağlı deyil, həmçinin coğrafi mövqeyin yaratdığı birlikdir. Azərbaycan əsasən neft və qaz ixrac edir və son statistik məlumatlara görə, ölkəmiz dünyada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkədir. Azərbaycandan ixrac edilən neft və qazın böyük hissəsi Türkiyədən keçməklə Avropa bazarına çıxarılacaq».
T.Heydərov qeyd edib ki, Avropa ölkələrində iqtisadi böhran yaşandığı vaxtda Azərbaycan və Türkiyə iqtisadiyyatında ciddi artım qeydə alınıb. O, bunun həm də Bakı-Tbilisi-Ceyhan kimi layihələrin hər iki ölkənin iqtisadiyyatında oynadığı rolla əlaqələndirib: «Bakı-Tbilisi-Ərzurum boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır. Bundan əlavə, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirəcək və Avropa ilə Asiya arasında daha güclü ticarət əlaqələri yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti də hazırda tikilməkdədir».
Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman çıxışında Azərbaycanın hüquqi, dünyəvi, tolerant və liberal ölkə olduğunu vurğulayıb: «Azərbaycanda 2005-ci ildə dünyada ən yüksək ÜDM artımı (35%) müşahidə olunub. Böyük Britaniyanın Azərbaycanda ümumilikdə 150-dən çox şirkəti fəaliyyət göstərir, bunlar yalnız enerji sahəsində fəaliyyət göstərən şirkətlər deyil, həmçinin maliyyə sektorunda, xidmət sektorunda fəaliyyət göstərən şirkətlərimiz də var». Səfir həmçinin qeyd edib ki, hazırda ölkədə orta sahibkarlıq da inkişaf edir, Bakı şəhəri ətrafında böyük tikinti bumu müşahidə olunur.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mark Fild də Azərbaycan və Türkiyə arasındakı əhəmiyyətli dərəcədə güclü əlaqələrin inkişaf etməkdə olduğunu vurğulayıb: «Mən Bakıda olmuşam, Azərbaycanla tanışlığım var. Azərbaycan xalqının sahibkarlıq, iş görmək bacarığının şahidi olmuşam. Böyük Britaniya iqtisadiyyatında tənəzzül müşahidə edildiyi vaxtda Azərbaycanda iqtisadi artım nəzərə çarpır. Azərbaycanda neft-qaz sənayesi ilə yanaşı, maliyyə xidmətləri sektorunda Böyük Britaniya şirkətləri üçün bir çox imkanlar var. Böyük Britaniya hökuməti Türkiyənin Avropa Birliyinə üzvlüyünü daim dəstəkləyir və Böyük Britaniya-Azərbaycan əlaqələrinin gücləndirilməsi bunun üçün tərəqqi üçbucağını təmsil edir».
Biznes forumun enerji məsələləri ilə bağlı sessiyasında çıxış edənlər Azərbaycanın bu layihədə mühüm rol oynadığını bildiriblər.
Avropa Komissiyasının (AK) Enerji məsələləri üzrə Baş Müdirliyinin əlaqələndiricisi Brendan Devlin bildirib ki, AK Cənub Dəhlizi layihəsinin daha tez işə düşməsini arzulayır. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında imzalanmış son protokollar bu prosesin inkişafına təkan verəcək: «Belə ki, Azərbaycan hüquqi əsaslarla Xəzər regionunda Cənub Dəhlizinin mühüm qovşağına çevriləcək. Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan Trans-Xəzər qaz boru kəməri Türkmənistan və digər ölkələrdən qazın Azərbaycana, daha sonra Avropa Birliyi ölkələrinə ixrac edilməsi üçün əsas vasitə olacaq». B.Devlin bildirib ki, Avropa Birliyi Azərbaycan və Türkiyə ilə əməkdaşlığa hər zaman hazırdır.
BP şirkətinin «Şahdəniz» layihəsinin inkişafı üzrə vitse-prezident El Kuk (Al Cook) isə vurğulayıb ki, «Şahdəniz» layihəsinin ikinci fazasının işlənməsi Cənub Dəhlizinin reallaşmasına əsaslı yol açacaq: «Bu, təxminən 2017-ci ilə təsadüf edəcək və o zamana kimi qazın 80%-i Avropaya ixrac ediləcək. Bu, Azərbaycan üçün böyük imkanlar yaradır. İri həcmli strateji müqavilələr reallaşdırılıb, hazırda qazın İtaliyaya ixrac edilməsi üçün üstünlük verilən xətt Trans-Anadolu boru-kəməridir. Digər boru kəmərləri, o cümlədən «Nabucco» layihəsi nəzərdən keçirilir».
E.Kuk Azərbaycan, Türkiyə və AB arasındakı əməkdaşlığın genişlənəcəyinə və uzunmüddətli olacağına ümid etdiyini bildirib.
Biznes Forumun bütün sessiyaları müzakirələr və diskussiyalar şəraitində keçib.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda SEPAH ilə terrorçu qrup arasında toqquşma baş verib, 4 terrorçu öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq