Bank Of Baku

Latviya prezidenti CEIBC və «Caspian Energy International Media Group»un rəhbərlərini qəbul edib - FOTO

Latviya prezidenti CEIBC və «Caspian Energy International Media Group»un rəhbərlərini qəbul edib - <font color=red>FOTO</font>
# 08 may 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Latviya prezidenti Andris Berzinş Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) və «Caspian Energy International Media Group»un rəhbərləri ilə görüşüb.

CEIBC-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı CEIBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev klubun və «Caspian Energy International Media Group»un fəaliyyət haqqında məlumat verib və Riqada Klubun Baltik regionu üzrə nümayəndəliyinin açılması barədə planlarının olduğunu bildirib.

Öz növbəsində A.Berzinş bildirib ki, Azərbaycan Latviyanın strateji tərəfdaşıdır və iki ölkə arasında əlaqələr inkişaf etdirilməlidir. Latviya prezidenti qeyd edib ki, iki ölkə arasında artıq siyasi və biznes əlaqələri mövcuddur.

Latviyada kənd təsərrüfatı, Azərbaycanda isə enerji sektorunun dinamik inkişaf etdiyini bildirən A.Berzinş deyib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaq üçün bu çox yaxşı fürsətdir.

Onun sözlərinə görə, hazırda Azərbaycanla enerji təhlükəsizliyi təmin olunması istiqamətində də əməkdaşlıq inkişaf olunmaqdadır: «Bu sahə gələcəkdə kommersiya səviyyəsində inkişaf etdiriləcək və bu məsələ hökumət səviyyəsində müzakirələr üçün açıqdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR