Bank Of Baku

Bakıda Azərbaycan-Serbiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Serbiya biznes forumu keçiriləcək
# 12 may 2012 12:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 16-da Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Serbiya biznes forumu keçiriləcək. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

Tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel, turizm, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes forum çərçivəsində iş adamları arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR