Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda sahibkarlar üçün qrant müsabiqəsi keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda sahibkarlar üçün qrant müsabiqəsi keçirir
# 14 may 2012 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İşgüzar Məsləhətlər Xidməti (BAS) Azərbaycanda sahibkarlara layihənin ümumi dəyəri 10 min avrodan çox olmamaq şərti ilə imzalanmış müqavilələrə sahədən asılı olaraq 25%-dən 75%-dək qrant təklif edir.

«APA-Economics»in məlumatına görə, qrantın verilməsi bazar analizi və planlaşdırma, biznesin planlaşdırılması, texniki-iqtisadi əsaslandırmalar, partnyor axtarışı, müəssisənin yenidən qurulması və ya bərpası, kənd təsərrüfatı, tədqiqatların aparılması, istehsal sistemlərinin avtomatlaşdırılması (CAD/CAM), mühəndis texniki həllər, keyfiyyətin idarə olunması və sertifikatlaşma (ISO/HACCP), ətraf mühit və enerji effektivliyi kimi sahələri əhatə edir.

Dəstək alana dair tələblər işçilərinin sayının yuxarı həddi 250, müəssisənin özəl mülkiyyətdə olmaqla yanaşı payçılar qismində xarici investorların olmaması, peşəkar idarəedicilərin olması, hərbi sənaye kompleksinə, tütünçülük sənayesinə, mərc oyunları və maliyyə müəssisələrinə şamil olunmaması, fəaliyyətin genişlənmə potensialının və məsləhət xidmətinə tələbatın olması, layihənin ümumi dəyərinin 25-75%-ni ödəmək imkanının olmasından ibarətdir.

Bununla əlaqədar, AYİB-in İşgüzar Məsləhətlər Xidməti (BAS) və Müəssisələrin İnkişafı Proqramı (EGP) çərçivəsində təklif olunan maliyyə mexanizmlərindən (kredit, qrant) istifadə etmək istəyən yerli sahibkarları əlaqə yaratmaq üçün dəvət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR