Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib - FOTO
16 may 2012 13:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel, turizm, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Forumda çıxış edən Azpromo-nun prezidenti Adil Məmmədov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər, ölkədə yaradılmış biznes mühiti və investisiya imkanları barədə məlumat verib və qeyd edib ki, Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı ölkəyə xarici investorların marağını daha da artırıb, Azərbaycan investisiya ixracatçısına çevrilib: «Bu gün Azərbaycan şirkətləri ölkə daxilində fəaliyyət göstərməklə yanaşı, həm də xarici ölkələrdə reallaşdırılan layihələrdə iştirak edir».
Öz növbəsində sahibkarlar arasında əlaqələrin genişləndirilməsində işgüzar görüş və biznes forumların əhəmiyyətindən danışan Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç onu da bildirib ki, analoji görüşlər iki ölkə arasında mövcud olan iqtisadi əməkdaşlıq və əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək. Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əlaqələrin perspektivləri barədə danışan səfir qeyd edib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi kifayət qədər artıb: «Lakin ticarət dövriyyəsinin artmasına baxmayaraq, idxal və ixracın rəqəmləri kiçikdir, halbuki bu rəqəmləri artırmağa hər iki ölkənin böyük potensialı var».
Qeyd edək ki, biznes forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Sahibkarlıq
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024
Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb
16:48
16 may 2024
“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur
15:51
16 may 2024