Bank Of Baku

Dünya lüks məhsullar bazarında aparıcı ölkələrin adı açıqlanıb

Dünya lüks məhsullar bazarında aparıcı ölkələrin adı açıqlanıb
# 18 may 2012 07:45 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyada ən sürətlə inkişaf edən cah-cəlal bazarı Rusiya, Hindistan və Çindədir. “APA-Economics”in xəbərinə görə, bu, “Bain & Company” konsaltinq şirkətinin keçirdiyi araşdırmalar nəticəsində ortaya çıxıb.

Adı çəkilən ölkələrdə lüks sinif malların satışının artım tempi illik 15-20% təşkil edir. Rusiyanın cah-cəlal bazarı 2009-cu ildə 5% azalaraq 4,5 mlrd. avroya enib. O zaman ölkə lüks malların nəhəng istehlakçıları reytinqinin onluğunu tərk edib. onun yerini 4,8 mlrd. dollarlıq göstərici ilə Honkonq tutub. Ötən il isə Rusiya bazarında 12%-lik artım qeydə alınıb. Bununla belə, Rusiya mütləq göstəricilərə görə həm Avropadan, həm də Çindən geri qalır.

“Bain & Company” konsaltinq şirkəti 2012-ci ildə dünya lüks məhsullar bazarının 6-7% artacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR