Bank Of Baku

Fransanın “JCDecaux SA” reklam şirkəti Azərbaycanda fəaliyyətə başlayıb

Fransanın “JCDecaux SA” reklam şirkəti Azərbaycanda fəaliyyətə başlayıb
# 21 may 2012 10:14 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Fransanın küçə reklamı sahəsində lider olan “JCDecaux SA” şirkəti Azərbaycan bazarına daxil olur.

APA-Economics”in şirkətin saytına istinadən xəbərinə görə, bunu “JCDecaux SA”nın icraçı direktoru Jan Fransua Deko bildirib.

Onun sözlərinə görə, bir neçə il əvvəl Bakıya ilk səfəri zamanı Azərbaycanda biznesin böyük inkişaf potensialının olduğunu görüb: “Azərbaycan bazarında işləmək imkanı şirkətimiz üçün böyük şərəfdir. Xüsusən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıda ilk posterləri quraşdırmaq bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.

J.F.Deko qeyd edib ki, “JCDecaux SA” şirkəti Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək məqsədilə Avropanın 26 şəhərində, o cümlədən Paris, London, Berlin, Madrid, Praqa və Oslo şəhərlərində posterlər quraşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR