Bank Of Baku

Azərbaycanda ixrac bülleteninin nəşrinə başlanılıb

Azərbaycanda ixrac bülleteninin nəşrinə başlanılıb
# 21 may 2012 15:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) tərəfindən iş adamlarının məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, “Azpromo” tərəfindən ixrac xidmətləri, müxtəlif ölkələrlə iqtisadi əlaqələr, ixraca dair qanunvericilik və digər yeniliklərin öz əksini tapdığı İxrac Bülleteninin 2-ci sayı nəşr edilib.

Nəşrdə “Azpromo”nun yerli iş adamlarına göstərdiyi ixrac xidmətləri, müxtəlif məhsullar üzrə ixrac prosedurları, qablaşdırma və etiketlənmə üzrə ümumi tələblər, Avropa Birliyinə ixrac, biznes təkliflər, sərgilər və digər məlumatlar öz əksini tapıb.

İxrac bülleteni İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az, “Azpromo”nun www.azpromo.az internet səhifələrində yerləşdirilib. İxrac bülleteninin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması nəzərdə tutulur. Bundan başqa, bülleten “Azpromo” tərəfindən bu il Azərbaycanda təşkil ediləcək tədbirlərdə iş adamlarına paylanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR