Bank Of Baku

Azərbaycanda xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 26% artıb

Azərbaycanda xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 26% artıb
# 22 may 2012 11:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın 4 763 fiziki və hüquqi şəxsləri dünyanın 129 ölkəsi ilə idxal-ixrac əməliyyatları aparıblar.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici iqtisadi fəaliyyət iştirakçılarının 2 125-i fiziki, 2 638-i hüquqi şəxslər olub. Hüquqi şəxslərin 201-i dövlət, 2 437-i isə özəl sektoru təmsil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 14% artıb. Xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki şəxslərin sayı 26%, hüquqi şəxslərin sayı 5,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR