Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sistemində mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sistemində mal ehtiyatları indeksi artıb
# 23 may 2012 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2012-ci ilin aprel ayı üzrə 107,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart ayı ilə müqayisədə 7,8 faiz bəndi çoxdur.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin artması mal qalıqlarının artım templərinin artmasını göstərir, onun 100%-dən çox olması isə mal qalığının əvvəlki ayla müqayisədə artmasını əks etdirir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2012-ci ilin aprelin 1-nə 184,7 mln. manat, mayın 1-nə isə 198,4 mln. manat təşkil edib.

Pərakəndə ticarət şəbəkələrində mal qalıqlarının artması iki amillə bağlı ola bilər. Birincisi, ticarətin azalması, ikincisi isə mal təchizatının güclənməsi ilə əlaqədardır. Aprel ayında pərakəndə ticarət dövriyyəsi 1 218,4 mln. manat təşkil edib ki, bu da marta nisbətən 35,3% çoxdur. Beləliklə, aprel ayında pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksinin artması ticarət obyektlərinin mal təchizatının güclənməsi ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR