Bank Of Baku

Bakıda sahibkarlar və gənc menecerlər üçün treninqlər keçirilib

Bakıda sahibkarlar və gənc menecerlər üçün treninqlər keçirilib
# 30 may 2012 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər üçün «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları», «Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu» və «Biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatından istifadə» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə İqtisadi İnkişaf Nazirliyinin, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər iştirak edib.

Treninqlərdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının (GSP+) əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.

Treninqlərdə biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatı, bu proqram təminatından istifadə qaydaları haqqında məlumat da iştirakçıların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR