Bank Of Baku

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 31 may 2012 11:38 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. İyunun 11-də Şərqi Almaniya İqtisadiyyat Komitəsinin sədri Ekard Kordesin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.

Bu barədə “APA-Economics”ə Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova açıqlama verib.

Onun sözlərinə görə, səfər çərçivəsində E.Kordesin Azərbaycan prezidenti İlham Əliyev və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə, eləcə də yerli iş adamları ilə görüşü gözlənilir.

Qeyd edək ki, həmin gün Bakıda Azərbaycan-Almaniya biznes-forumu da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR