Bank Of Baku

Bakıda Azərbaycan-Andorra işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Andorra işgüzar görüşü keçirilib
# 04 iyun 2012 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə bu gün Bakıda Azərbaycan-Andorra işgüzar görüşü keçirilib.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iki ölkənin əlaqələrinə dair müzakirələr aparılıb, əlaqələri bir qədər də inkişaf etdirmək üçün perspektiv sahələr nəzərdən keçirilib.

Tədbirdə hər iki ölkənin bank, turizm, nəqliyyat, logistika, mühəndislik, infrastruktur, ətraf mühit və tullantıların idarə edilməsi və digər sektorları təmsil edən iş adamları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR