Azərbaycan və Andorra arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
04 iyun 2012 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev hazırda Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb və qeyd edib ki, Azərbaycanın dünyada artan nüfuzunun nəticəsində xarici ölkələr Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.
Öz növbəsində G.S.Sunye Andorranın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-Andorra işgüzar görüşü keçirilib.
Tədbirdə Azərbaycan və Andorra tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, turizm, nəqliyyat, logistika, mühəndislik, infrastruktur, ətraf mühit, tullantıların idarəedilməsi və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib.
İşgüzar görüşdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib və bildirib ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı xarici ölkələrin Azərbaycana marağını daha da artırıb: “Bu gün Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır”. Yerli şirkətlərin xarici ölkələrdə reallaşdırılan layihələrdə uğurla iştirak etdiyini vurğulayan N.Səfərov sahibkarlar arasında əlaqələrin genişləndirilməsində işgüzar görüş və biznes-forumların əhəmiyyətini vurğulayıb.
Tədbirdə “Azpromo”nun vitse-prezidenti Gülşən Rzayeva təqdimatında qurumun fəaliyyəti, eləcə də ölkədə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları, Andorra Knyazlığının Sahibkarlar Konfederasiyasının prezidenti Xavier Altimir təmsil etdiyi qurumun fəaliyyəti, Andorranın «Auge Group» şirkətinin nümayəndəsi Pere Auge isə şirkət haqqında məlumat veriblər.
Tədbir zamanı “Azpromo” və Andorra Knyazlığının Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Tədbir çərçivəsində iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirilib.

Sahibkarlıq
Bu il güzəştli kreditlərin 71%-i regionların payına düşüb
12:00
10 may 2024
Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub
11:25
10 may 2024
Osman Xaliyev: Bu il hədəfimiz sahibkarlara 200 mln. manat güzəştli kredit verməkdir
11:18
10 may 2024
SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq
11:10
10 may 2024