® “Jalə” məktəblilərə və tələbələrə hədiyyələr payladı - FOTOSESSİYA

<font color=red>® </font>“Jalə” məktəblilərə və tələbələrə hədiyyələr payladı - <font color=red>FOTOSESSİYA</font>
# 06 iyun 2012 13:32 (UTC +04:00)
“Gilan Holdinq - Jalə”nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin qalibləri müəyyən edilərək mükafatlandırılıb.

Qalib olan 3 orta məktəb şagirdi və 3 tələbə arasında mükafatlar paylanıb. I, II və III yerlər üzrə müvafiq olaraq “iPhone4”, “iPad” və “Samsung Galaxy S” planşet kompyuteri hədiyyə olunub.

Qeyd etmək lazımdır ki, bu cür müsabiqənin keçirilməsi yalnız şagird-tələbələr tərəfindən deyil, həmçinin məktəb və ali təhsil ocaqlarının müəllim-pedaqoji heyəti tərəfindən də çox yüksək qiymətləndirilib.
Keçirilən müsabiqə Azərbaycan məktəbliləri və tələbələri üçün gündəlik həyatda təbii, ekoloji təmiz qida məhsullarının istifadə edilməsinə, onların əhalinin həyat fəaliyyəti və işləmək qabiliyyətinə təsirinə dair öz ideyalarını ifadə etmək imkanı yaratmaqla yanaşı, böyüyən nəslin və gənclərin təbii, o cümlədən sənaye emalından keçmiş və bununla yanaşı, bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayan məhsulların istifadəsinə olan tələbata baxışını müəyyən etmək missiyasını həyata keçirib.

Xatırladaq ki, “Qəbələ Konserv Zavodu” ASC-yə məxsus olan «Jalə» brendi həm bizim ölkəmizin ərazisində, həm də xaricdə təmsil olunan ən məşhur Azərbaycan brendlərindən biridir. Qəbələ Konserv Zavodunun məhsulları, xüsusilə də “Jalə”, “Zolotoy Sad”, “Natura” təbii şirələri əhali arasında şöhrət qazanıb və böyük tələbata malikdir. Bu, 100% təbii şirələr sayla seçilmiş təzə meyvələrin əsl dadını istehlakçıya hiss etmək imkanı yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR