Bank Of Baku

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun növbəti toplantısı Azərbaycanda keçiriləcək

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun növbəti toplantısı Azərbaycanda keçiriləcək
# 09 iyun 2012 14:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan deyib.

Qeyd edək ki, bu gün Türkiyənin Qars şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu işə başlayıb.

Toplantıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti iştirak edir.

Hər üç ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, turizm, toxuculuq, daşınmaz əmlak, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Forumun ilk iclası Gürcüstanda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR