Bakıda Azərbaycan-Almaniya işgüzar görüşü keçirilib - FOTOSESSİYA
11 iyun 2012 11:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycanın bank, səhiyyə, turizm, nəqliyyat, müxtəlif növ avadanlıq istehsalı, neft-kimya, enerji, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 50-dək, Almaniya tərəfindən isə 20-dən artıq şirkətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkədə makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirib və qeyd edib ki, hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır.
Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini hazırda Azərbaycanda tikinti, bank, sığorta, nəqliyyat, sənaye, rabitə və ticarət sahəsində alman şirkətlərinin uğurla fəaliyyət göstərdiyini bildirib və qeyd edib ki, qarşılıqlı rəsmi və işgüzar səfərlər, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun səmərəli fəaliyyəti, təşkil edilən sərgi, biznes forum və işgüzar görüşlər iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır.
Öz növbəsində tədbirdə çıxış edən Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Reyner Lindner iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamlarının iqtisadi əlaqələrin genişləndirilməsində rolu barədə məlumat verib, Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Tədbirdə Azərbaycan və Almaniya şirkətləri tərəfindən təqdimatlar keçirilib, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024