Böyük Britaniyanın ticarət missiyası Azərbaycana səfər edəcək

Böyük Britaniyanın ticarət missiyası Azərbaycana səfər edəcək
# 27 iyun 2012 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabrın 23-29-da Böyük Britaniyanın Orta Asiya Assosiasiyasının ticarət missiyası Azərbaycana səfər edəcək. Missiyadan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın dövlət qurumları, iri şirkətlər və əsas bankları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Missiya bank və maliyyə, nəqliyyat, tikinti, təhsil, aqrar, turizm, neft və qaz sektorlarını əhatə edir və Böyük Britaniya investorları üçün həmin sektorlarda mövcud olan vəziyyəti araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR