Bank Of Baku

Dünyanın ən yaşlı milyarderi vəfat edib - FOTO

Dünyanın ən yaşlı milyarderi vəfat edib - <font color=red>FOTO</font>
# 28 iyun 2012 09:59 (UTC +04:00)
Bakı – APA-Economics. Dünyanın ən yaşlı milyarderi olan Uolter Xefner 101 yaşında İsveçrədə vəfat edib.

APA-Economics”in “Forbes”ə istinadən xəbərinə görə, biznesmen ömrünün son günlərinədək rəhbərlik etdiyi AMAG şirkətinin Sürixdəki ofisində çalışıb.

U.Xefner proqram təminatı ilə məşğul olan “CA” şirkətinin ən böyük fərdi səhmdarı idi. Onun 1945-ci ildə əsasını qoyduğu “Amag Automobil und Motoren AG” şirkəti İsveçrəyə “Audi” və “Volkswagen” avtomobillərinin ən böyük idxalçılarından biridir.

“Forbes” U.Xefnerin varidatını 4,3 mlrd. dollar həcmində qiymətləndirərək, onu 2012-ci il üzrə dünya zənginlərinin siyahısında 248-ci yerdə qərarlaşdırıb. Onun ölümündən sonra dünyanın ən yaşlı milyarderi 96 yaşlı Devid Rokfeller sayılır. Onun sərvəti 2,5 mlrd. dollar civarında qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR